Rəcəb Tayyib Ərdoğan: ''Qəzzada baş verənlər həbi cinayətdir''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verənlərin hərbi cinayət olduğunu bəyan edərək, bunu törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməli olduqlarını bildirib.

2071619
Rəcəb Tayyib Ərdoğan: ''Qəzzada baş verənlər həbi cinayətdir''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verənlərin hərbi cinayət olduğunu bəyan edərək, bunu törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməli olduqlarını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 28-ci Konfransı çərçivəsində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edib.
Türkiyənin bütün böhranlarda sülhün tərəfdarı olduğunu, ədalət və bərabərlik əsasında həll üçün çalışdığını bildirən Rəcəb Tayyib Ərdoğan, İsrailin Qəzza zolağına hücumlarına toxunub.
İsrailin hücumları nəticəsində çoxu qadın və uşaq olmaqla 16 mindən çox günahsız fələstinli mülki şəxsin həyatını itirdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: ''Qəzzada baş verənlər insanlığa qarşı cinayətdir, hərbi cinayətdir. Bunu törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər”.
“Yaşanan son hadisələrlə biz hamımız bir daha gördük ki, 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin Dövləti qurulmalıdır” deyən Rəcəb Tayyib Ərdoğan  bildirib ki, Türkiye bunun təmin olunması üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Prezident Ərdoğan çıxışında “Dünya 5-dən böyükdür və daha ədalətli bir dünya mümkündür” şüarını bir daha vurğulayıb.



Әlaqәli Xәbәrlәr