Ərdoğan: "Türkiye hər zaman dövləti və milləti ilə fələstinli qardaşlarının yanındadır"

Prezident Rəcəb Tayyib Ərdoğan 29 Noyabr - Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə sosial media hesabında paylaşım edib.

2070675
Ərdoğan: "Türkiye hər zaman dövləti və milləti ilə fələstinli qardaşlarının yanındadır"

“Türkiye tarix boyu olduğu kimi bu gün də dövləti və milləti ilə fələstinli qardaşlarının yanındadır”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə sosial media hesabında etdiyi paylaşımda deyib.

Dövlət başçısı Türkiye dövlət və millət olaraq tarix boyu olduğu kimi bu gün də fələstinli qardaşlarının yanında olduğunu bildirərək deyib:

"Qəzzalı qardaşlarımıza humanitar yardımlarımız davam edir. Bu günə kimi Əl-Arişə 12 təyyarə və 1 gəmi dolu yardım materialı göndərdik. 1500 ton humanitar yardım materialı daşıyan ikinci gəmimiz bu gün yola düşdü. Yaralıların köçürülməsini təmin edəcəyik. insanları, xüsusən də xərçəng xəstələrini və uşaqları Türkiyeyə çatdırırıq. Onların müalicəsini təmin edərək qayğılarına qalırıq. Qəzzada quracağımız səhra xəstəxanaları üçün yer müəyyənləşdirmə işləri aparılır. Girovların azad edilməsi və atəşkəsin daimi hala gətirilməsi üçün təmaslarımızı sürətləndirəcəyik və təşəbbüslərimiz bundan sonra çoxölçülü şəkildə davam etdirəcəyimizə ümid edirəm".



Әlaqәli Xәbәrlәr