Türkiyədə 62 real və 20 hüquqi şəxsin əmlakı donduruldu

Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin verdiyi “Aktivlərin dondurulması haqqında qərar” “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib

2070553
Türkiyədə 62 real və 20 hüquqi şəxsin əmlakı donduruldu

 

  Türkiyədə separatçı terror təşkilatı PKK-KCK-ya bağlı 62 real və 20 hüquqi şəxsin əmlakı dondurulub.

  Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin verdiyi “Aktivlərin dondurulması haqqında qərar” “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.

  Müvafiq olaraq, “Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanun çərçivəsində Türkiyə ərazisində “terrorçuluğun maliyyələşdirilməsi” cinayəti sırasına daxil olan, terror aktlarının törədilməsinə yardım edən, terror təşkilatı PKK-KCK ilə əlaqəsi olan 62 fiziki şəxsin əmlakı dondurulub.

   Bundan başqa, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İsveç, İsveçrə, Yaponiya, İtaliya, Norveç, İraq, Suriya, Almaniya və Avstraliyada 20 hüquqi şəxsin Türkiyədəki aktivlərinin dondurulması qərara alınıb.



Әlaqәli Xәbәrlәr