Milli Təhlükəsizlik Şurasının iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək

Bu ilin sonuncu Milli Təhlükəsizlik Şurasının iclası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

2070086

İclasda Qəzzadakı vəziyyət qiymətləndiriləcək. Türkiyenin bölgədə sülhün təmin edilməsi üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı proses nəzərdən keçiriləcək.
Milli Təhlükəsizlik Şurasının iclasında həmçinin Qafqazdakı hadisələr də gündəmdə olacaq.
Azərbaycan və Türkiyeni birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət qiymətləndiriləcək.
İclasın gündəliyinə antiterror əməliyyatları da daxil edilib. Ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirilən terrorla mübarizə əməliyyatları əhatəli şəkildə müzakirə olunacaq.

Әlaqәli Xәbәrlәr