Qəzzadan təxliyə edilən 100 Türkiye və ŞKTC vətəndaşı İstanbula gətirilib

Qəzzadan təxliyə edilən 100 nəfər Türkiye və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşı İstanbula gətirilib.

2067699
Qəzzadan təxliyə edilən 100 Türkiye və ŞKTC vətəndaşı İstanbula gətirilib

Qəzzadan təxliyə edilən 100 nəfər Türkiye və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşı İstanbula gətirilib.

Təxliyyə Türkiye Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) koordinasiyası ilə həyata keçirilib.

Bildirilib ki, Türkiye və ŞKTC vətəndaşlarını İstanbul Hava Limanında Xarici İşlər Nazirliyi və AFAD rəsmiləri qarşılayıb.

Qeyd edək ki, təxliyyə əməliyyatları ilə 350-yə yaxın Türkiye və ŞKTC vətəndaşı ölkəyə gətirilib. Qəzzadan təxliyələrin davam edəcəyi öyrənilib.



Әlaqәli Xәbәrlәr