Xarici İşlər Nazirliyi daha 87 nəfərin Qəzzadan çıxarıldığını bildirib

Noyabrın 20-də 60-a yaxın fələstinli xəstə və onları müşayiət edən 40 nəfər ailə üzvünün müalicələrinin davamı üçün Türkiyeyə gətirilməsi planlaşdırılır.

2066110
Xarici İşlər Nazirliyi daha 87 nəfərin Qəzzadan çıxarıldığını bildirib

Noyabrın 19-da Türkiye və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləri olmaqla ümumilikdə 87 nəfər Rəfah məntəqəsindən keçərək Misirə çatıb. Əvvəlcə Qahirəyə aparılan bu şəxslərin oradan hava yolu ilə Türkiyeyə gətirilməsi planlaşdırılır.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, həmçinin Türkiyenin aidiyyəti qurumlarının səyləri nəticəsində noyabrın 20-də 60-a yaxın fələstinli xəstə və onları müşayiət edən 40 nəfər ailə üzvünün müalicələrinin davamı üçün Türkiyeyə gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, XİN və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər Türkiyeyə gətirilib. Onların arasında Türkiye vətəndaşları ilə yanaşı, Şimali Kıbrıs Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.



Әlaqәli Xәbәrlәr