Türkiye Netanyahuya reaksiya göstərdi

XİN Benyamin Netanyahu və Eli Koenin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı söylədiklərinə reaksiya verib.

2064929
Türkiye Netanyahuya reaksiya göstərdi

Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin xarici işlər naziri Eli Koenin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı söylədiklərinə reaksiya verib.

XİN-in yaydığı bəyanatda deyilir: “Fələstin xalqına qarşı törətdikləri zülm və qırğınlarla tarixin qaranlıq səhifələrinə daxil olan İsrail rəsmilərinin qanundan danışmağa haqqı yoxdur. Həqiqətin dilə gətirilməsindən narahat olan Benyamin Netanyahu və Eli Koenin prezidentimizə atdığı əsassız böhtanlar öz cinayətlərini ört-basdır edə bilməyəcək.

İsrail hakimiyyəti bütün dünyanın gözü qarşısında xəstəxanaları bombalayaraq, qadın və uşaqları qətlə yetirməklə törətdikləri cinayətləri ört-basdır edə və diqqəti yayındıra bilməyəcək.

Dünya ictimai rəyində dərin hiddət doğurmuş insanlığa qarşı cinayətlərin təhrikçiləri və icraçıları gec-tez mühakimə olunacaqlar.

Türkiye Qəzzada törədilən qırğına qarşı çıxmağa və Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək”.



Әlaqәli Xәbәrlәr