Numan Kurtulmuş Andreas Norlen ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsveç parlamentinin sədri Andreas Norlen ilə videokonfrans vasitəsilə görüşüb.

2064624
Numan Kurtulmuş Andreas Norlen ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsveç parlamentinin sədri Andreas Norlen ilə videokonfrans vasitəsilə görüşüb.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesi ilk gündən bəri böyük diqqətlə izlədiyini ifadə edən Kurtulmuş prosesin yaxın zamanda yekunlaşdırılmasını ümid etdiklərini bildirib.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Prezident Memorandumunu dərhal imzaladığını və Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərdiyini bildirən Kurtulmuş, bununla bağlı hazırlanan qanun layihəsinin bu həftə Komissiyada müzakirəyə çıxarılmasının gözlənildiyini qeyd edib.

N.Kurtulmuş təklifin Komissiyadan keçəcəyi təqdirdə Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirə ediləcəyini və son qərarın millət vəkillərinin azad iradəsi ilə veriləcəyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin bu prosesdə xüsusilə “terrorla mübarizəyə dəstək” və “İslamın müqəddəslərinə qarşı hücumların qarşısını almamaq” mövzularında müsbət yanaşma ilə hərəkət edəcəyinə tam inandıqlarını ifadə edib.

Başda PYD/YPG və FETÖ olmaqla terror təşkilatlarına qarşı mübarizədə birlikdə hərəkət edilməsini istəyən Kurtulmuş Finlandiya ilə yanaşı İsveçdən də terror təşkilatlarına qarşı yumşaqlıq göstərilməməsini gözlədiklərini bildirib.

Türkiye-Aİ əlaqələrinin də müzakirə edildiyi görüşdə Kurtulmuş Türkiyenin Aİ-yə üzvlük prosesində İsveçdən dəstək gözlədiklərini vurğulayıb.

İsrailin Qəzza zolağına və Fələstin şəhərlərinə hücumlarının müzakirə edildiyi görüşdə Kurtulmuş beynəlxalq ictimaiyyətin Qəzzaya səsini ucaltmalı olduğunu vurğulayaraq, Qəzzada təcili atəşkəs və humanitar yardım dəhlizinin yaradılmasının vacibliyini də dilə gətirib.

İsveç parlamentinin sədri Andreas Norlen isə Türkiyenin İsveç parlamenti üçün çox əhəmiyyətli bir ölkə olduğunu və əməkdaşlığın miqyasının genişləndirilməsini səbirsizliklə gözlədiklərini bildirib.

Norlen Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuşu İsveçə dəvət edərək, onu İsveç parlamentində qonaq etməkdən məmnunluq duyacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr