Hakan Fidan misirli həmkarı ilə telefonla danışıb

Xarici işlər naziri Hakan Fidan noyabrın 13-də Misirin xarici işlər naziri Samih Şükri ilə telefonla danışıb.

2063996
Hakan Fidan misirli həmkarı ilə telefonla danışıb

Xarici işlər naziri Hakan Fidan noyabrın 13-də Misirin xarici işlər naziri Samih Şükri ilə telefonla danışıb.
Bildirilib ki, görüş zamanı şənbə günü Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası Zirvə toplantısında qəbul edilən qərarların icrası istiqamətində hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi aparılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, iki nazir Qəzzaya humanitar yardımın çatdırılması məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Hakan Fidan noyabrın 13-də isə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefonla danışıb.

Görüş zamanı iki nazir Qəzzada baş verən son hadisələri müzakirə edib və İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının 11 noyabr şənbə günü Ər-Riyadda keçirilən Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilən qərarların davam etdirilməsi üçün görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr