Türkiye qəzzalılar üçün tibbi yardım gəmisi göndərəcək

Türkiye qəzzalılara yardım etmək məqsədilə içində səhra xəstəxanaları, dava-dərman, təcili yardım maşını və istehlak materialları olan yardım gəmisini Misirə göndərəcək.

2061905

Səhiyyə Nazirliyi tərəfindən Qəzzaya yardım üçün göndəriləcək gəmi sabah Türkiye vaxtı ilə saat 14.00-da İzmirin Alsancak limanında yüklənəcək.
Gəmidə əməliyyat otaqları və reanimasiya şöbələri olan, hər cür iqlim şəraitinə davamlı, tam təchiz olunmuş səhra xəstəxanaları və tam təchiz olunmuş şişmə tipli səhra xəstəxanaları, həmçinin bu xəstəxanalarda istifadə olunacaq dərmanlar və istehlak materialları olacaq.
Bölgəyə həmçinin tam təchiz olunmuş 20 təcili yardım maşını və Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) avtomobilləri və generatorları göndəriləcək.

Әlaqәli Xәbәrlәr