Hakan Fidan Avropa İttifaqına üzv ölkələrin Türkiyedəki səfirlərini qəbul edib

Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Türkiyedəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyedəki səfirlərini qəbul edib.

2058002

Xarici işlər naziri Hakan Fidanla səfirlər arasında baş tutan görüşdə Türkiye ilə Aİ arasındakı son vəziyyət, gömrük ittifaqı, viza rejiminin liberallaşdırılması, qeyri-qanuni miqrasiya, terrorla mübarizə, İsrailin Qəzzaya hücumları, Avropada Qurani-Kərimi hədəf alan hücumlar kimi bir sıra mövzu qiymətləndirilib.

Görüşdə Hakan Fidan Türkiye-Aİ münasibətlərindən danışaraq Aİ-nin öhdəliklərə riayət prinsipinə uyğun olaraq hərəkət etməli olduğunu bildirib.

"Gömrük İttifaqı sazişinin yenilənməsi və viza rejiminin liberallaşdırılmasının təmin edilməsi bizim üçün prioritetdir. Aİ-nin münasibətləri yenidən canlandıra bilməsi üçün Türkiyenin üzvlük prosesində öhdəliklərə riayət prinsipinə uyğun olaraq hərəkət etməlidir.Türkiye ilə Aİ arasında dialoq və əməkdaşlıq mexanizmləri işlək hala gətirilməlidir'',-deyə Hakan Fidan vurğulayıb.

Görüşdə Qəzzadakı vəziyyətə toxunan Türkiyenin xarici işlәr naziri mülki əhalini hədəf alan silahlı hücumların dərhal dayandırılmasının vә atəşkəsin elan edilmәsinin vacibliyini vuarğulayıb.

Etiketlәr: #Aİ , #Türkiye , #Hakan Fidan

Әlaqәli Xәbәrlәr