Türkiyə Cümhuriyyətinin 100 illiyi dünyanın müxtəlif ölkələrində

Türkiyə Cümhuriyyətinin 100 illiyi dünyanın bir çox ölkəsində - Almaniya, İngiltərə, Kolumbiya, Çin, İraq, Bolqarıstan, Kosovada coşğu ilə qeyd olunur

2057312
Türkiyə Cümhuriyyətinin 100 illiyi dünyanın müxtəlif ölkələrində

 

  Türkiyə Cümhuriyyətinin 100 illiyi dünyanın bir çox ölkəsində coşğu ilə qeyd olunur.

  Respublika Günü proqramları Türkiyənin diplomatik nümayəndəlikləri tərəfindən təşkil edilib.

  Türkiyənin Essendəki Baş Konsulluğunun ev sahibliyi ilə Almaniyada Cümhuriyyətin 100 illiyi qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin “Türkiyənin rəngləri” xoru da tamaşaçılara unudulmaz gecə yaşadıb.

  Türkiyənin Niderlanddakı Baş Konsulluğu tərəfindən təşkil edilən qəbulda baş konsul Mahmut Burak Ersoy çıxış edərək Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü yaşama sevincini paylaşıb və “Cümhuriyyətimiz, şübhəsiz ki, köklərini minillik türk dövlətçilik ənənəsindən alır” deyib.

  Bayram tədbirləri çərçivəsində İngiltərənin paytaxtı Londonda çağdaş türk musiqisinin tanınan bəstəkarlarından olan Yalçın Turanın fortepiano konsertinin dünya premyerası keçirilib.

  London Yunus Əmrə İnstitutunun Türkiyənin Böyük Britaniya səfirliyi və London Kamera Orkestri ilə birgə təşkil etdiyi konsert Kral Musiqi Kollecinin “Amaryllis Fleming” salonunda olub.

  Kolumbiyada Türkiyənin Maarif Fondu tərəfindən bayram proqramı təşkil edilib. Cümhuriyyətin 100 illiyi paytaxt Boqotadakı And parlamentinin binasında Türkiyə üçün ayrılmış xüsusi toplantıda qeyd olunub. Proqramda Türkiyənin Kolumbiya səfiri Bəstə Pəhlivan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA və Maarif Fondunun rəsmiləri də iştirak edib.

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü İraqın paytaxtı Bağdadda təşkil edilən ziyafətlə qeyd olunub. Türkiyə səfirliyində təşkil edilən qonaqlıqda İraqın nəqliyyat naziri Rezzak Muhaybis, İraq xarici işlər nazirinin müavini Hişam Alevi, millət vəkilləri, İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan, eləcə də Bağdaddakı xarici nümayəndəliklərin nümayəndələri iştirak ediblər.

  Türkiyə Respublika Günü Çin, Bolqarıstan və Kosovoda da xüsusi proqramlarla qeyd olunub.



Әlaqәli Xәbәrlәr