Türkiyə Cümhuriyyəti 29 Oktyabr atəşfəşanlıqları içində

29 Oktyabr Respublika Bayramı tədbirlərinin iki mühüm mərkəzi paytaxt Ankara və İstanbul idi

2057425
Türkiyə Cümhuriyyəti 29 Oktyabr atəşfəşanlıqları içində
Türkiyə Hərbi Dəniz Donanması_ən böyük parad.jpeg
soloturk 29 ekim.jpg
tcg anadolu 29 ekim.jpg

 

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkə daxilində xüsusi tədbirlərlə qeyd olunur.

  29 Oktyabr Respublika Bayramı tədbirlərinin iki mühüm mərkəzi paytaxt Ankara və İstanbul idi.

  Əvvəlcə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət rəsmiləri ilə birlikdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtkabiri ziyarət edib.

  R.T.Ərdoğan üzərində ay-ulduz olan əklili Atatürkün məqbərəsinə qoyduqdan sonra bir dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı oxunub.

  Daha sonra Ərdoğan və onu müşayiət edən şəxslər Misaki-Milli Qülləsinə keçiblər. Prezident burada Anıtkabir Xatirə Dəftərinə yazıb: “Türkiyəni tarixinin ən böyük sərmayə addımları ilə bir araya gətirən bir idarə olaraq müttəfiqlik tərəfdaşlarımız və millətimizlə birlikdə cümhuriyyətimizin ikinci əsrini “Türkiyə əsri” ilə taçlandırmaqda qərarlıyıq”.

  Daha sonra Anıtkabir ziyarətçilərin üzünə açılıb.

  Anıtkabirdəki mərasimdən sonra Türkiyə prezidenti Ərdoğan Prezident İqamətgahında təbrikləri qəbul edib.

  Cümhuriyyətin elan olunduğu ilk parlament binasında da mərasim keçirilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş burada çıxışı zamanı deyib: "Daha çox əsrlərə çatmaq ümidi və inamı ilə çiyin-çiyinə işləməyə davam edəcəyik."

  Türkiyə Böyük Millət Məclisinin yeni binasının qarşısından Ulusa doğru “Cümhuriyyətimizin 100-cü ildönümü” paradı keçirilib.

  “Solotürk” təyyarələri Anıtkabir üzərində nümayiş uçuşu keçirib.

  Dəniz donanması tarixində ən böyük parad Boğazda keçirilib. Paradda “TCG Anadolu” başda olmaqla 100 gəmi üzüb. Gəmiləri “Türk ulduzları” və “Solotürk” də daxil olmaqla 20 döyüş təyyarəsi müşayiət edib.

  Hərbi Dəniz Donanması və Türkiyə Hərbi Hava Qüvvələrinin Boğaziçi paradını izləmək istəyən vətəndaşlar sahillərə axışıb.

  Paradda iştirak edən prezident Ərdoğan 100-cü ildönümü münasibəti ilə Türkiyə vaxtı ilə saat 19.23-də çıxış edəcək.

  15 İyul Şəhidlər Körpüsündə 2023-cü il pilotsuz uçuş aparatları ilə nümayiş olacaq. Boğaziçi işıq və atəşfəşanlığa bürünəcək.



Әlaqәli Xәbәrlәr