“İsrail bölgədə sadəcə bir şahmat piyadasıdır və …” R.T.Ərdoğan

Türkiyə prezidenti Qərb ölkələrinə səslənərək deyib: “Ukraynada ölənlərə göz yaşı tökürsünüz, bəs Qəzzadakı uşaqlar üçün niyə səsinizi qaldırmırsınız?”

2057176
“İsrail bölgədə sadəcə bir şahmat piyadasıdır və …” R.T.Ərdoğan
erdogan filistin miting.jpg
istanbul filistin mitingi.jpg
istanbul filistin mitingi.jpg
istanbul filistin mitingi.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin 3 həftədir bombardman etdiyi Qəzza zolağında baş verənlərə səssiz qalan Qərb ölkələrinə səslənərək deyib: “Ukraynada ölənlərə göz yaşı tökürsünüz, bəs Qəzzadakı uşaqlar üçün niyə səsinizi qaldırmırsınız?”

  İstanbulda keçirilən Böyük Fələstin Mitinqində çıxış edən R.T.Ərdoğan həm də bunları söyləyib: “Bu gün isə Qəzza üçün ürəklərimizin atəşini dünyaya hayqırırıq.

  Üfüqümüzün uzandığı hər yerdə ürəklərini və gözlərini bizə dikən bacı və qardaşlarımızın dərdlərindən narahatıq.

  Biz Qəzza üçün qiyama qalxmışıq.

  Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər böyük bir çox coğrafiya üçün göz yaşı tökdük.

  Biz həm Qəzzada törədilən qətliamı qınayır, həm də öz gələcəyimizi müdafiə edirik.

  Fələstinin Müqavimət Hərəkatı “Həmas” terror təşkilatı deyil. İsrailin bu açıqlamadan narahat olur. 1947-ci ildə Qəzza, Fələstin nə idi, bu gün nədir? İsrail, sən bura necə gəldin? Necə girdin içəri? Sən işğalçısan!

  Dünən Ukrayna-Rusiya müharibəsində öldürülən dinc sakinlər üçün timsah göz yaşları tökənlər bu gün Qəzzada minlərlə günahsız uşağın ölümünü səssizcə seyr edir. Qəzzada ölən uşaqlar üçün niyə səsini çıxarmırsınız?

  Hər kəs bilir ki, İsrail bölgədə sadəcə bir şahmat piyadasıdır və günü gələndə qurban veriləcək.

  İsrailin qırğınlarına dəstək verən Qərb dünyası, sizə səslənirəm. Yenidən səlib yürüşünə başlamaq istəyirsiniz? Belə bir fikriniz varsa, bilin ki, bu millət ölməyib.

  Qərb Qəzzada uşaq, qadın və günahsız insanların qətliamına haqq vermək üçün siyasətçiləri və mediasını səfərbər edib. Halbuki İsrail açıq şəkildə hərbi cinayətlər törədir.

  İsraili hərbi cinayətkar elan edəcəyik. İndi biz buna hazırlaşırıq. Üzərində işləyirik və İsraili dünyaya müharibə cinayətkarı kimi tanıdacağıq. İsrailin 7 oktyabrdan bəri Qəzzaya davamlı hücumları nəticəsində əksəriyyəti uşaq və qadın olan 7 mindən çox fələstinli həyatını itirib”.



Әlaqәli Xәbәrlәr