“Bütün vətəndaşlarımızı cani-könüldən 29 Oktyabr Respublika Günü münasibətilə təbrik edirəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Respublika Günü münasibəti ilə sosial media hesabında təbrik paylaşıb

2057264
“Bütün vətəndaşlarımızı cani-könüldən 29 Oktyabr Respublika Günü münasibətilə təbrik edirəm”

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Respublika Günü münasibəti ilə sosial media hesabında təbrik paylaşıb: "Bu gün Cümhuriyyətimizin 100 illiyinə çatmağın həyəcanını və qürurunu yaşayırıq.

  Başda cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk olmaqla Qurtuluş Savaşında qalib gəlmək və bu torpaqları Vətənimiz etmək üçün fədakarcasına mübarizə aparan bütün qəhrəmanlarımızı hörmətlə yada salırıq.  

  100 il əvvəl ağır bədəl ödəyərək qurduğumuz Türkiyə Cümhuriyyətini birlik, həmrəylik, qardaşlıq hissləri ilə çağdaş sivilizasiyalar səviyyəsinə yüksəltmək üçün var gücümüzlə çalışmaqda davam edəcəyik.

  Ölkəmizdə və dünyada yaşayan vətəndaşlarımızı cani-könüldən 29 Oktyabr Respublika Günü münasibətilə təbrik edirəm.

  Cümhuriyyətimizin 100 yaşı mübarək."



Әlaqәli Xәbәrlәr