Yardım təyyarələri Misirə yola düşüb

Türkiyenin Milli Müdafiə Nazirliyi Qəzzaya yardım materialları daşıyan Hərbi Hava Qüvvələrinə aid daha iki təyyarənin Misirə göndərildiyini bildirib.

2054874
Yardım təyyarələri Misirə yola düşüb

Türkiyenin Milli Müdafiə Nazirliyi Qəzzaya yardım materialları daşıyan Hərbi Hava Qüvvələrinə aid daha iki təyyarənin Misirə göndərildiyini bildirib.

Nazirliyin açıqlamasında "Qəzza üçün hazırlanan yardım materiallarını Misirə çatdırmağa davam edirik.

Oktyabrın 23-də həyata keçirilən iki təyyarənin uçuşunun ardından Hərbi Hava Qüvvələrimizə aid daha iki təyyarə yardım materiallarını çatdırmaq üçün səhər saat 06.00 və 07.30-da Ankaradan Misirə yola düşdü" deyilib.

Bu arada, yardım üçün Qəzzaya gedən həkim və səhiyyə işçiləri arasında olan Səhiyyə Xarici İşlər Nazirliyi və Avropa İttifaqı üzrə baş direktor Səlami Kılıç Türkiyenin qəzzalı yaralılara yardımı çərçivəsində bölgədə iki səhra xəstəxanası quracaqlarını bildirib. 

Kılıç qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar və digər ölkələrin tələbləri hələ də yerinə yetirilməyib, ona görə də bölgəyə yalnız Türkiye qrupları yardım çatdırır.



Әlaqәli Xәbәrlәr