Sedat Önal: ''BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var''

Türkiyenin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal BMT Təhlükəsizlik Şurasında qlobal səviyyədə islahatlara ehtiyac olduğunu bildirib.

2053863
Sedat Önal: ''BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var''

Türkiyenin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı olduğunu bildirib.
Sedat Önal BMT TŞ-də keçirilən sessiyada regional təşkilatların və ikitərəfli razılaşmaların münaqişələrin sülh yolu ilə həllinə verdiyi töhfələrdən danışıb.
Sedat Önal dünyada çox sayda  böhranların yaşandığı bir vaxtda beynəlxalq ictimaiyyətin təcili olaraq "rasional, ehtiyatlı və ardıcıl şəkildə" hərəkətə keçməsinin vacibliyini vurğulayıb, gərginliyi azaltmaq və davamlı həll yollarına nail olmaq üçün dialoq və diplomatiyaya üstünlük verilməsinin əhəmiyyətini qeyd edib.
Sedat Önal bildirib ki, münaqişə dinamikasını öz axarına buraxmaq və bununla da sülh şərtlərinin yaranacağı düşünmək yanlış və qəbuledilməz bir yanaşmadır.
Qəlbində BMT olan mövcud çoxtərəfli sistemin nəsilləri müharibədən qorumaq üçün qurulduğuna diqqət çəkən səfir Sedat Önal deyib: "Bu məqsədə nail olmaqda müvəffəqiyyətli olduğumuzu söyləmək çətindir. Bunun səbəblərini ətraflı şəkildə düşünməliyik''.
Sedat Önal qeyd edib ki, əsas səbəbləri aradan qaldırmadan heç bir böhrana davamlı həll yolu tapıla bilməz. Böhranın idarə olunmasından çox münaqişənin həllinə diqqət yetirilməlidir.



Әlaqәli Xәbәrlәr