Rəcəb Tayyib Ərdoğan İsrailə çağırış etdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyini dinc əhaliyə qarşı hücumlarını genişləndirməməyə çağırıb.

2053834
Rəcəb Tayyib Ərdoğan İsrailə çağırış etdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyini dinc əhaliyə qarşı hücumlarını genişləndirməməyə çağırıb.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsm internet səhifəsində verdiyi açıqlamada Qəzzaya qarşı hücumların genişlənməsinin daha çox kədər, ölüm və göz yaşına səbəb olacağını söyləyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, uşaqları, qadınları və mülki insanları öldürərək, xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri bombalayaraq təhlükəsizlik təmin edilə bilməz.
İsrail rəhbərliyinin kənar aktorların təhriki ilə bir təşkilat kimi davrandığını ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib:"Bölgəmizi Qərb ölkələrinin təşviq etdiyi qərb media orqanlarından ən qısa zamanda xilas etmək lazımdır. Bütün dövlətləri və beynəlxalq təşkilatları ən qısa zamanda Qəzzada humanitar atəşkəsin təmin edilməsi ilə bağlı səyləri dəstəkləməyə dəvət edirəm''.

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha İsrail rəhbərliyini dinc əhaliyə qarşı hücumlarını genişləndirməməyə çağırıb.

"Biz müsəlmanların, yəhudilərin, xristianların və bu torpaqlarda yaşayan hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin yaradılması ilə bölgəmizin daimi sabitliyə nail olacağına inanırıq. Türkiye daha çox günahsız insanın qanının tökülməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam edəcək'',-deyə Türkiye Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr