Hakan Fidan: "Terror təşkilatlarının hər bir hərəkətinin qarşısı alınır"

Xarici işlər naziri Hakan Fidan terror təşkilatlarının hər bir hərəkətinin qarşısının alındığını bildirib.

2052541
Hakan Fidan: "Terror təşkilatlarının hər bir hərəkətinin qarşısı alınır"

Xarici işlər naziri Hakan Fidan terror təşkilatlarının hər bir hərəkətinin qarşısının alındığını bildirib.

Fidan Nazirlikdə mətbuat nümayəndələrinə açıqlamasında Suriyanın şimalında keçən həftə düşürülən PUA (pilotsuz uçuş aparatı) məsələsindən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) ilə gərgin münasibətlərə görə Suriyadakı mövcud vəziyyətlə bağlı suala cavabında deyib:

“Suriyadakı terror təşkilatına və terror təşkilatlanmalarına qarşı diqqətimizi əlbəttə itirmirik. Terror təşkilat ilə mübarizə Türkiyenin prioritet məsələsidir.

"Əməliyyatlar zamanı verdiyimiz mesaj aydındır. Yəni təşkilat Türkiyedə bir aksiya keçirsə, bundan sonra İraqdakı mağaralarda cavabını almayacaq. Hər hərəkətin cavabı olduğu yerdə verilir".

Bu strategiyanın çox təsirli olduğunu vurğulayan Fidan “Əslində Qızılayda (1 oktyabrda paytaxt Ankarada) baş verən terror hadisəsindən sonra həm Milli Kəşfiyyat Təşkilatımız, həm də Silahlı Qüvvələrimiz sıx hədəfə məruz qaldı. Bizim verdiyimiz mesaj öz cavabını tapdı" deyib.

Fidan “Türkiyenin əməliyyatlarının bölgədə DEAŞ-la mübarizəyə mənfi təsir etdiyi” iddiaları ilə bağlı suala belə cavab verib: “Biz təşkilatı ayaqda saxlayan təşkilati infrastrukturu və təşkilatın gəlir gətirən qaynaqlarını məhv etməkdən çəkinmirik" deyib.

ABŞ-ın bölgədən çəkildiyi gün təşkilatın oraya sığına bilməyəcəyini qeyd edən Fidan "Çünki oradakı yerli insanlar, ərəblər və suriyalılar da onlardan narahatdırlar. Onları dəstəkləyənlərin tək bəhanəsi DEAŞ-la mübarizədir" deyə qeyd edib.

Hakan Fidan hazırda bölgədə DEAŞ-a qarşı faktiki mübarizənin olmadığını bildirib və deyib:

"Biz amerikalılara bunu deyirik: Suriya ərazisində sizinlə heç bir problemimiz yoxdur. Bununla belə, orada yerləşən terror təşkilatını hədəfə almaqdan çəkinməyəcəyik".

Bölgədə tərəddüd etmədən addım atılmasının lazım olduğuna işarə edən xarici işlər naziri "Bəzi şeylər var ki, qırmızı xəttimizdir. Heç bir sanksiya qərarı, heç bir münasibət buradakı mövqeyimizi dəyişə bilməz" deyib.



Әlaqәli Xәbәrlәr