Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin sosial media hesabında paylaşdığı məlumata görə ...

2051571
Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin sosial media hesabında paylaşdığı məlumata görə, söhbət zamanı İsrail ilə Fələstin arasındakı münaqişə, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

  Prezident Ərdoğan münaqişənin tezliklə sona çatmasının regional və dünya sülhü üçün vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün çox səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınmalı olduğunu, bu istiqamətdə müsbət addımların atılmasının vacibliyini vurğulayıb.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

  Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.

 



Әlaqәli Xәbәrlәr