Türkiyə prezidenti Böyük Britaniyanın baş naziri ilə danışdı

Söhbət zamanı İsrail-Fələstin münaqişəsinin hazırkı vəziyyəti, bölgədə sülhün bərqərar olması üçün izlənilməsi lazım olan siyasətlər və ağır humanitar böhranın həllinə təcili tədbirlər müzakirə edilib

2051684
Türkiyə prezidenti Böyük Britaniyanın baş naziri ilə danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonda danışıb. Söhbət zamanı İsrail-Fələstin münaqişəsinin hazırkı vəziyyəti, bölgədə sülhün bərqərar olması üçün izlənilməsi lazım olan siyasətlər və ağır humanitar böhranın həllinə təcili tədbirlər müzakirə edilib.

  Prezident Ərdoğan Türkiyənin Qəzzada insan haqları pozuntularına qarşı beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb dövlətlərinin təsirli addımlar atmalı olduğunu, bu illər ərzində Fələstinə verilən vədlərin yerinə yetirilməməsinin böhranı dərinləşdirdiyini diqqətə çatdırıb.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.



Әlaqәli Xәbәrlәr