Hakan Fidan Annalena Baerbokla görüşüb

Misirdə rəsmi səfərdə olan Türkiyenin xarici işlər naziri Hakan Fidan paytaxt Qahirədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüşüb.

2050811
Hakan Fidan Annalena Baerbokla görüşüb

Misirdə rəsmi səfərdə olan Türkiyenin xarici işlər naziri Hakan Fidan paytaxt Qahirədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüşüb.
Görüşdə İsrailin Qəzzaya hücumları, bölgəyə humanitar yardımlar və  təxliyələr müzakirə edilib.
Tərəflər Ukrayna və Qarabağdakı vəziyyəti də müzakirə ediblər.
Nazir Fidanın Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul ediləcəyi və Misirin xarici işlər naziri Samih Şükri ilə görüşü gözlənilir.



Әlaqәli Xәbәrlәr