Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı olub

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

2050584
Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.Məlumata əsasən, telefon danışığı zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən intensivliyi artan İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu bildirib. Türkiyenin bölgədəkilərə yardım çatdırmaq üçün səy göstərdiyini bildirən Ərdoğan,xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq üçün addımlar atmalı olduğunu vurğulayıb.Prezident Ərdoğan söhbət zamanı həmçinin problemin davamlı şəkildə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin Türkiyenin iki dövlətli həllə əsaslanan təkliflərinə qulaq asmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr