Rəcəb Tayyib Ərdoğan İsrailə xəbərdarlıq edib

Türkiye Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Türkiye Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib.

2049504
Rəcəb Tayyib Ərdoğan İsrailə xəbərdarlıq edib

Türkiye Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Türkiye Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib.
Rəcəb Tayyib Ərdoğan çıxışında Yaxın Şərqdə artan gərginliyə geniş diqqət çəkib və İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına hücumlarına toxunub.
''Qəzzaya qeyri-mütənasib hücumlar İsraili dünya qarşısında heç gözləmədiyi və arzuolunmaz vəziyyətə sala bilər”,-deyə Türkiye Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hər kəs Fələstin xalqını cəzalandırmaq məqsədi daşıyan qərarlardan vaz keçməlidir.

Türkiye Prezidenti deyib:“Şəhərin suyunu, işığını, giriş-çıxışını kəsərək, infrastrukturunu məhv edərək, məscidlərdən kilsələrə qədər bütün ibadət yerlərini və məktəbləri dağıdaraq, yaşayış binalarını bombalayaraq aparılan döyüş  müharibə deyil, qətliamdır''.

Rəcəb Tayyib Ərdoğan mülki vətəndaşlara qarşı hər hansı hərəkəti və mülki yaşayış məntəqələrini hədəf alan hər hansı hücumu doğru hesab etmədiklərini,  müharibənin bir əxlaqı olduğuna inandıqlarını və tərəflərin buna əməl etmələrinin vacibliyini qeyd edib.

"Təəssüf ki, bu prinsip İsrail və Qəzzadakı münaqişələrdə çox ciddi şəkildə pozulur. İsrail ərazisindəki dinc əhalinin öldürülməsinə açıq şəkildə qarşıyıq. Türkiye olaraq bölgəmizi bu girdabdan tez bir zamanda çıxarmaq üçün vasitəçilik  də daxil olmaqla əlimizdən gələni etməyə hazırıq. Bütün bunların öhdəsindən 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin tanınması ilə gəlmək olar”,-deyə Türkiye Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr