“Tərəflər istərsə, biz Türkiyə olaraq hər cür vasitəçiliyə hazırıq”, R.T.Ərdoğan

Nazirlər Kabinetinin iclasından sonra R.T.Ərdoğan artan Fələstin-İsrail münaqişəsilə bağlı deyib ...

2048486
“Tərəflər istərsə, biz Türkiyə olaraq hər cür vasitəçiliyə hazırıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki gərginliklə bağlı “Bildirmək istərdim ki, tərəflər istərsə, biz Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən əsir mübadiləsinə hazırıq” dedi.

  Nazirlər Kabinetinin iclasından sonra R.T.Ərdoğan artan Fələstin-İsrail münaqişəsilə bağlı deyib: “1967-ci il sərhədləri, paytaxtı Qüds, coğrafi bütövlüyü olan müstəqil, suveren Fələstin dövləti qurulmadan bölgədə sülh və əmin-amanlıq olmayacaq. Biz bunu hər zaman demişik və deyirik.

  Biz nə İsrail, nə də Fələstin torpaqlarında günahsız insanların qanının axmasına razı deyilik.

  Tərəflərə müharibə qaydalarını xatırlatmaq istəyirəm. Qəzzanın havadan və qurudan hücumlarla dağıdılması, məscidlərin bombalanması, günahsız uşaq, qadın, qoca və mülki vətəndaşların həlak olması qəbuledilməzdir.

  Ədalətli sülhün itirənləri yoxdur. Tərəflər istərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırıq.

  Biz İsraildən Fələstin torpaqlarını bombardmanlarını və fələstinlilərin İsraildəki mülki yaşayış məntəqələrinə təzyiqlərini dayandırmasını xahiş edirik.

  Biz Qəzza xalqının ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün də lazımi hazırlıqları görürük”.

 



Әlaqәli Xәbәrlәr