Suriyanın şimalında hava əməliyyatı: 6 hədəf məhv edilib

Yerli vaxtla saat 22:00-da Suriyanın şimalında separatçı terror təşkilatına aid hədəflərə qarşı hava əməliyyatlarının keçirildiyi bildirilib

2047951
Suriyanın şimalında hava əməliyyatı: 6 hədəf məhv edilib

Türkiye Milli Müdafiə Nazirliyi Suriyanın şimalında həyata keçirilən hava əməliyyatı ilə separatçı terror təşkilatının istifadə etdiyi neft obyektləri, bunkerlər və sığınacaqlar da daxil olmaqla 6 hədəfin məhv edildiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, yerli vaxtla saat 22:00-da Suriyanın şimalında separatçı terror təşkilatına aid hədəflərə qarşı hava əməliyyatlarının keçirildiyi bildirilib və qeyd edilib:

“PKK/YPG və digər terror ünsürlərini zərərsizləşdirərək Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə BMT-nin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüquqlarımız istiqamətində Suriyanın şimalındakı terror hədəflərinə saat 22:00-da həyata keçirilib və əməliyyat çərçivəsində separatçı terror təşkilatının istifadə etdiyi neft obyekti ilə içində sözdə məsul səviyyədə terrorçuların da olduğu düşünülən 6 hədəf məhv edilmişdir".



Әlaqәli Xәbәrlәr