Dünyada ilk dəfə “İDA-nın sürü kamikadze hücumu”

ASELSAN tərəfindən hazırlanan və suda olan partlayıcının düşmən hədəflərini yüksək sürətlə vurub partlamasını təmin edən kamikadze İDA “Albatros” üçün Mersində sınaq atışı həyata keçirilib

2047870
Dünyada ilk dəfə “İDA-nın sürü kamikadze hücumu”

 

  Türkiyənin yerli və milli resurslarla istehsal etdiyi kamikadze pilotsuz dəniz gəmisi (İDA) “Albatros” sınaqdan uğurla keçdi.

  ASELSAN tərəfindən hazırlanan və suda olan partlayıcının düşmən hədəflərini yüksək sürətlə vurub partlamasını təmin edən kamikadze İDA “Albatros” üçün Mersində sınaq atışı həyata keçirilib.

  Test zamanı 8-lik sürü halında hərəkət edə bilən “Albatros” hədəf gəmiyə hücum edib. Üzərində ROKETSAN döyüş sürsatı olan “Albatros” kamikaze İDA sürüsündən bir vasitə hədəf gəmiyə dəyib və partlayıb.

  Müvəffəqiyyətlə başa çatan sınaq atışları nəticəsində 22 metrlik hədəf gəmisi dəqiqələr ərzində suya batıb.

  Atış sınağında Dəniz Qüvvələri Komandanlığının “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) da iştirak edib. Tətbiq edilən ssenari çərçivəsində pilotsuz dəniz vasitələri “Bayraktar TB2” tərəfindən aşkar edilən hədəfə yönəldilib. Beləliklə, dünyada ilk dəfə olaraq İDA-İHA-nın birgə əməliyyatı ilə “İDA-nın sürü kamikadze hücumu” konsepsiyası nümayiş etdirilib.



Әlaqәli Xәbәrlәr