Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

2047522
Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə diplomatik mənbələr məlumat yayıb. Məlumata əsasən, Hakan Fidan söhbət zamanı ABŞ-ın terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmasının vacibliyini vurğulayıb və Türkiyenin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarını qətiyyətlə davam etdirəcəyini qeyd edilib.
Bildirilib ki,nazirlər görüş zamanı NATO-nun genişlənməsi məsələsini də müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin telefon danışığı ilə bağlı verdiyi açıqlamada Entoni Blinkenin "ABŞ və Türkiyenin terrorla mübarizə hədəfinin ortaq olduğunu" ifadə etdiyinə diqqət çəkilib.

Açıqlamada Entoni Blinkenin Türkiye və ABŞ-ın koordinasiyalı fəaliyyət göstərməsinin və münaqişə ehtimalını azaldaraq hərəkət etməsinin vacibliyinə diqqət çəkdiyi bildirilib.

Entoni Blinken internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Xarici işlər naziri Hakan Fidanla telefon əlaqəsi saxladıq. Ortaq hədəfimiz olan terror təhlükəsini aradan qaldırmaq üçün fəaliyyətlərimizi koordinasiyalı şəkildə həyata keçirməyi müzakirə etdik".



Әlaqәli Xәbәrlәr