“Pəncə-Kilid” əməliyyatı bölgəsində bir əsgər şəhid olub

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

2046992
“Pəncə-Kilid” əməliyyatı bölgəsində bir əsgər şəhid olub

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiye Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, qəhrəman əsgərimiz sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb. Bizi dərin ağrı və hüznə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiye Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik.

Milli müdafiə naziri Yaşar Gülər ​​də şəhid Parlak üçün başsağlığı mesajı yayımlayıb.

Digər tərəfdən, Türkiyenin Qaziantep şəhərində separatçı terror təşkilatı PKK/YPG üzvlərinin açdığı atəş nəticəsində yaralanan Suriya Əməliyyat Qrupunun yüksək rütbəli baş polis məmuru Hüseyn Şimşək şəhid olub.

Qaziantep Valiliyinin verdiyi açıqlamaya görə, İzmir Xüsusi Hərəkat Şöbə Müdirliyindən müvəqqəti olaraq Suriya İşçi Qrupuna təyin edilmiş və terror təşkilatı üzvlərinin təcavüz atəşi nəticəsində yaralanan yüksək rütbəli polis məmuru Hüseyn Şimşək  Qaziantep Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasına yerləşdirilib.

Hüseyn Şimşək xilas edilə bilməyib və şəhid olub.



Әlaqәli Xәbәrlәr