Zeki Aktürk: ''Son bir həftədə 37 terrorçu zərərsizləşdirilib''

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

2046762
Zeki Aktürk: ''Son bir həftədə 37 terrorçu zərərsizləşdirilib''

Son bir həftədə İraqın və Suriyanın şimalı da daxil olmaqla 37 terrorçu zərərsizləşdirilib.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.
Aktürk başda PKK/KCK-PYD/YPG, Fətullahçı Terror Təşkilatı (FETÖ) və DEAŞ terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı ölkədaxili və sərhədyanı əməliyyatları fasiləsiz olaraq davam etdirdiklərini bildirib.

"Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, bu il zərərsizləşdirilən terrorçuların sayı 1388-ə, 24 iyul 2015-ci ildən etibarən zərərsizləşdirilənlrin sayı isə 38 min 731-ə çatıb",-deyə Zeki Aktürk vurğulayıb.

Aktürk xatırladıb ki, 1, 3 və 4 oktyabr tarixlərində İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror hədəflərinə qarşı hava əməliyyatları keçirilib.

Bu çərçivədə terrorçuların istifadə etdiyi  mağaralar, sığınacaqlar və anbarlardan ibarət cəmi 58 hədəf uğurla məhv edilib.



Әlaqәli Xәbәrlәr