Türkiye MN: ‘‘İraqın şimalında terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib’’

Türkiyenin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 16 hədəfin məhv edildiyini, çox sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

2045825

Bu barədə Nazirliyin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda bu ifadələrə yer verilib: "Terror yuvalarına atəş açmağa davam edirik. Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin  51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları nəticəsində terrorçulara məxsus  mağaralar və  sığınacaqlar məhv edilib. Həyata keçirilən əməliyyatlar nəticəsində həmçinin çox sayda terrorçu da zərərsizləşdirilib''.

Әlaqәli Xәbәrlәr