İraqın şimalına təşkil edilən hava əməliyyatında 20 hədəf məhv edilib

İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirilib.

2044726
İraqın şimalına təşkil edilən hava əməliyyatında 20 hədəf məhv edilib

İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirilib.

Bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, terrorçuların İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrindəki hədəflərinə qarşı hava hücumları həyata keçirilib. Nəticədə içərisində xeyli terrorçuların yer aldığı mağara, sığınacaq, depolar olmaqla, ümumilikdə 20 hədəf məhv edilib. Tək bir terrorçu qalmayanadək əməliyyatlar davam edəcək.

Açıqlamada vurğulanıb ki, bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə ziyan dəyməməsi üçün bütün tədbirlər görülüb.

Bu arada, daxili işlər naziri Ali Yerlikaya İstanbul və Kırklarelidə separatçı terror təşkilatına qarşı 26 ünvanda keçirilən əməliyyatlarda 20 nəfərin saxlanıldığını bildirib.

Ötən gün paytaxt Ankarada Polis Baş İdarəsi qarşısında hücumu həyata keçirən terrorçulardan birinin separatçı terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib.



Әlaqәli Xәbәrlәr