Rəcəb Tayyib Ərdoğan ''TEKNOFEST İzmir'' festivalında çıxış etdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirin Çiğli Hava Limanında keçirilən TEKNOFEST aviasiya, kosmos və texnologiya festivalında çıxış edib.

2044237

“Bu gün biz təkcə milli texnologiyamızın məhsullarını deyil, eyni zamanda Türkiyenin böyüyən, güclənən, hüdudlarını aşan yüksəlişinin də şahidi oluruq'',-deyə Türkiye Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesi sahəsində hər biri kritik olan 850 fərqli layihəni  həyata keçirdiklərini açıqlayıb.

“Dünyanın ilk SİHA (silahlı pilotsuz uçuş aparatı) gəmisi olan TCG Anadolu bayrağımızı dənizlərimizdə qürurla dalğalandırır”,-Türkiye Prezidenti qeyd edib.

Müdafiə sənayesində atılan addımlarla Türkiyenin ixracatının qat-qat artdığını ifadə edən prezident Rəcəb Tayyib Ərdoğan deyib:
"Bu il müdafiə sahəsindəki ixrac həcmimizi 6 milyard dollara çatdırmağı hədəfləyirik. Keçən il bu sahədə ixracımızı 248 milyon dollardan 4,5 milyard dollara yüksəltdiyimiz kimi, inşallah bu rəqəmləri də keçəcəyik. Digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də tam müstəqil Türkiye hədəfimizə çatana qədər gecə-gündüz çalıişacağıq''.

Әlaqәli Xәbәrlәr