Türkiye Mosulda baş verən yanğınla bağlı başsağlığı mesajı yayımladı

Türkiye İraqın Mosul şəhərində şadlıq evində baş verən yanğında həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.

2042901
Türkiye Mosulda baş verən yanğınla bağlı başsağlığı mesajı yayımladı

Türkiye İraqın Mosul şəhərində şadlıq evində baş verən yanğında həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada dünən axşam saatlarında Mosulun Həmdaniyyə rayonundakı şadlıq evində yanğının baş verdiyi bildirilib.
Açıqlamada bu ifadələrə yer verilib: ''Yanğın nəticəsində 100-dən çox adamın həlak olması və 500-ə yaxın adamın yaralanması ilə bağlı xəbər bizi kədərləndirib. Hadisə nəticəsində həyatını itirənlərin ailələrinə  başsağlığı verir, yaralananlara şəfa diləyirik”.



Әlaqәli Xәbәrlәr