Özbəkistan-Türkiyə Sağlıq Turizmi Sərgisi

Türkiyədən də xəstəxana və sağlamlıq turizmi agentliklərinin qatıldığı Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi (Health Uzbekistan-2023) keçirilir

2043069
Özbəkistan-Türkiyə Sağlıq Turizmi Sərgisi

 

  Türkiyədən də xəstəxana və sağlamlıq turizmi agentliklərinin qatıldığı Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi (Health Uzbekistan-2023) keçirilir.

  Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə ikinci dəfə təşkil edilən və 20-dən çox xəstəxana və səhiyyə qurumlarının yer aldığı sərginin açılışında Türkiyənin Özbəkistan səfiri Olqan Bekar, Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi Cəlaləddin Asamıddinov və çoxlu sayda qonaq iştirak edib. 

  C.Asamıddınov çıxışında ölkədə tibb sisteminin inkişafı üçün xarici ölkələrin səhiyyə sistemlərindən və təcrübələrindən yararlanmaq məqsədilə müxtəlif biznes forumları və tədbirlərin təşkil edildiyini və iş adamları üçün lazımi şəraitin təmin ediləcəyini bildirib.

  Səfir Olqan Bekar isə çıxışında Türkiyənin səhiyyə sektoruna qoyduğu sərmayələr, beynəlxalq miqyasda müvəffəqiyyət qazanan həkimləri və tibb sahəsindəki yeniliklərə sürətlə uyğunlaşması sayəsində dünyanın üstünlük verilən ölkələrdən birinə çevrildiyini vurğulayaraq deyib: “Özbəkistanın Türkiyənin səhiyyə sektoruna investisiyalarına ehtiyacı var. Bu cür tədbirlər türkiyəli sərmayəçilərin Özbəkistanın səhiyyə sektoruna sərmayə qoyması üçün əhəmiyyət daşıyır”.

  Özbəkistan vətəndaşlarının böyük marağına səbəb olan sərgi sentyabrın 28-də başa çatır.



Әlaqәli Xәbәrlәr