Həsən Şeyx Mahmud Somali ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib

Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyenin ölkəsinə etdiyi yardımdan məmnun olduqlarını bildirib.

2042348
Həsən Şeyx Mahmud Somali ilə Türkiye arasındakı münasibətləri qiymətləndirib

Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyenin ölkəsinə etdiyi yardımdan məmnun olduqlarını bildirib.

Somali Prezident Aparatından verilən bəyanata görə, prezident Həsən Şeyx Mahmud Türkiyenin Somalidəki səfiri İbrahim Mete Yağlı ilə görüşündə Türkiye ilə Somali arasındakı münasibətlərə toxunub.

Türkiyenin Somaliyə etdiyi yardımdan məmnun olduqlarını bildirən Həsən Şeyx Mahmud iki ölkə arasında inkişaf və təhlükəsizlik sahələrində əlaqələrin artdığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Somaliyə səfərindən sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib.

Türkiyenin Afrikadakı ən böyük səfirliyi Somalidə inşa edilib.Bu ölkəyə humanitar və inkişaf yardımları davam edir.

İki ölkə arasında iqtisadi, təhlükəsizlik və mədəniyyət sahələrində də əlaqələr güclənir.



Әlaqәli Xәbәrlәr