Xarici İşlər Nazirliyi Kosovodakı hücumu pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Kosovonun şimalında əsasən serblərin yaşadığı Banjskada bir polis məmurunun ölümünə səbəb olan hücumu pisləyib.

2041528
Xarici İşlər Nazirliyi Kosovodakı hücumu pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Kosovonun şimalında əsasən serblərin yaşadığı Banjskada bir polis məmurunun ölümünə səbəb olan hücumu pisləyib.
Sözçü T.Bilgiç Kosovonun şimalındakı hücumla bağlı suala yazılı cavab verib.

T.Bilgiç "Bu səhər (24 sentyabr) Kosovonun şimalında, serblərin çoxluq təşkil etdiyi Zveçan bələdiyyəsinin Banjska kəndində baş verən və kosovolu polis məmurlarından birinin ölümünə və bəzi polisi işçilərinin yaralanmasına səbəb olan hücumu qınayırıq" deyib.

Türkiyenin Priştina səfirliyinin hücumu pisləyən bəyanatla çıxış etdiyini deyən Bilgiç yaralılara tezliklə şəfa dilədiklərini bildirib.

T.Bilgiç bölgədə gərginliyin artmasının qarşısını almaq üçün bütün tərəflərin təmkinli davranmasının və zorakılıqdan qaçmasının vacib olduğunu vurğulayıb.
Kosovoda və bölgədə daimi sülh və sabitliyin təmin edilməsinin yeganə yolunun dialoq olduğunu vurğulayan Bilgiç, Türkiyenin dialoq prosesinə dəstəyini davam etdirəcəyini qeyd edib.

Xatırladaq ki, Kosovonun şimalında əsasən serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin səhər saatlarında polisə atəş açması nəticəsində bir polis məmuru ölüb, biri yaralanıb.

Kosovo Baş naziri Albin Kurti ölkənin şimalında təxminən 30 ağır silahlı şəxsin Kosovo polisinə qarşı hücumlarını davam etdirdiyini açıqlayıb.

NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) verdiyi açıqlamada "KFOR Banjskadakı vəziyyəti yaxından izləməyə davam edir və KFOR qoşunları bu bölgədə, lazım gələrsə, cavab verməyə hazırdır. Baş Qərargah "Kosovodakı qurumlar da daxil olmaqla, bütün beynəlxalq maraqlı tərəflərlə sıx və daimi təmasdadır və həll yolları tapmaq üçün intensiv işləyir" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr