Hakan Fidan Nyu Yorkda bir sıra ikitərəfli görüşlər keçirib

Bu barədə Türkiye Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

2041140
Hakan Fidan Nyu Yorkda bir sıra ikitərəfli görüşlər keçirib

Xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində bir sıra ikitərəfli görüşlər keçirib.
Bu barədə Türkiye Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda Hakan Fidanın Birləçmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78 sessiyası çərçivəsində İsrail, Belçika, Macarıstan və ABŞ-dan olan həmkarları ilə görüşdüyü bildirilib.
Hakan Fidanın israilli həmkarı ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlər, regional proseslər, iqtisadiyyat və turizm məsələlərinin müzakirə edildiyi vurğulanıb.
Türkiyenin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya üzvlüyü və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.
Paylaşımda bu ifadələrə yer verilib: “Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”.



Әlaqәli Xәbәrlәr