Rəcəb Tayyib Ərdoğan Türk Evində jurnalistlərə müsahibə verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərindəki Türk Evində jurnalistlərə müsahibə verib.

2040781
Rəcəb Tayyib Ərdoğan Türk Evində jurnalistlərə müsahibə verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası ilə bağlı deyib:
"BMT Baş Assambleyasındakı çıxışımda bəşəriyyəti təhlükəsiz və firavan gələcəyə çatdırmaq üçün atılacaq addımlara diqqət çəkdim. Türkiyenin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dair fikirlərini dilə gətirdim''.
Prezident Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərindəki Türk Evində jurnalistlərə müsahibə verib.

Jurnalistlərin "İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşünüzdə ​​enerji sahəsində əməkdaşlıq mövzuları gündəmə gəldimi? İsrail-Fələstin probleminin həlli ilə bağlı hansı mesajları verdiniz? Binyamin Netanyahu xəstəliyi səbəbindən Türkiyeyə səfərini təxirə salmışdı. Nə vaxt səfər edəcəyi bəllidirmi? şəklindəki suallarını cavablandıran Türkiye Prezidenri deyib:

"Biz danışdıq, dediyiniz kimi, o, xəstəlik səbəbindən səfərini təxirə salmışdı. Mən ona dedim ki, "Siz bu səfəri reallaşdırın daha sonra mən  komandamla İsrailə səfər edəcəm". Bu mövzuda razılıq əldə etdik. İnşallah biz bu addımı çox gecikdirmədən atacağıq və ilk növbədə enerji mövzusu olmaqla İsrail ilə qazma işlərini başladacağıq. Yalnız Türkiyeyə deyil, Türkiyedən Avropaya enerji nəqli xətlərinin istismarına başlayacağıq''.

Rəcəb Tayyib Ərdoğan xüsusilə enerji sahəsindəki əməkdaşlıqların Türkiyeni çox fərqli nöqtəyə çatdıra biləcəyini qeyd edib və deyib:

"Biz onlarla bu istiqamətdə potensialımız barədə danışdıq. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı artırmaq üçün nazirlərimizin iştirak edəcəyi mexanizmin yaradılmasının faydasını izah etdik. Enerji, turizm və texnologiya kimi sahələrdə yeni əməkdaşlıq qurmaq üçün iki ölkənin birlikdə çalışması mümkündür”.

Jurnalistin "Yunanıstanın baş naziri Mitsotakis ilə görüşdünüz. O, Saloniki Forumunda yeni dialoqu vurğuladı. Hansı mövzuları müzakirə etdiniz? Hansı mesajları verdiniz? şəklindəki sualının cavablandıran Ərdoğan deyib:

"Məqsədimiz Egeydəki narahat atmosferi dağıtmaqdır və Miçotakisin yanaşması bu istiqamətdədir. Amma bizim üçün hazırda ən vacib addım Saloniki zirvəsi olacaq. Saloniki zirvəsi Türkiye ilə Yunanıstan arasında mühüm sıçrayış olacaq. Xarici işlər nazirlərimiz ilkin hazırlıqları görəcək və zirvəni dekabrın 7-də Salonikidə keçirəcəyik. Bu zirvə görüşü ilə inşallah çox şeyin dəyişəcəyini görəcəyik".

Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistin ''Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Şimali Kıbrıs Türk Respublikasının   tanınması üçün çağırış etdiniz. Gələcək dövr üçün yol xəritəsi necə olacaq? şəklindəki sualını belə cavablandırıb:

"Şimali Kıbrıs Türk Respublikasının müstəqil dövlət kimi tanınması Kıbrıs probleminin həllinə töhfə verəcək yeganə və ən təsirli addımdır. Biz başqa variantları tanımırıq.Beynəlxalq hüququn bizə verdiyi zaminlik hüququ çərçivəsində Şimali Kıbrıs Türk Respublikasının hüquqlarını sona qədər qorumaq mövzusunda qətiyyətliyik. Şimali Kıbrıs Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi daxil olması ilə açılan qapının davam edəcəyini gözləyirik. Ölkələrin bir-birinin ardınca Şimali Kıbrıs Türk Respublikasını müstəqil dövlət kimi tanıması Şərqi Aralıq dənizində sülh və əmin-amanlığa xidmət edəcək”.



Әlaqәli Xәbәrlәr