Türkiye MN Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bağlı bəyanat yaydı

Türkiyenin Milli Müdafiə Nazirliyi Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.

2040611
Türkiye MN Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bağlı bəyanat yaydı

Türkiyenin Milli Müdafiə Nazirliyi Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.
“Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımları dəstəklədiyimizi bir daha vurğulayırıq'',-deyə bəyanatda qeyd olunub.
Türkiye Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinə toxunaraq deyib: “Azərbaycanın öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri, qeyri-qanuni erməni qüvvələrinin hücumlarının və təxribatlarının qarşısını almaq üçün Qarabağda başladılan  hərbi əməliyyatı, daha sonra qəbul edilən atəşkəs qərarını və regionda baş verən son hadisələri yaxından izləyirik. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün göstərilən səmimi səyləri dəstəkləyirik və azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq''.
Zeki Aktürk həmçinin bildirib ki, Türkiye Silahlı Qüvvələri (TSK) terror təşkilatları başda olmaqla, hər cür təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir.
Zeki Aktürk deyib:"Son bir həftədə İraq və Suriyanın şimalı daxil olmaqla 42 terrorçu zərərsizləşdirilib. Beləliklə, yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1271, 24 iyul 2015-ci ildən etibarən isə 38 min 614-ə çatıb".



Әlaqәli Xәbәrlәr