Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası (BMGK) öncəsi Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir sıra görüşlər keçirir.

2038545
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib
erdogan abd-turkiye yemek.jpg
elon musk-erdogan abd turkevi.jpg
erdogan-ahiska turkleri abd turkevi.jpg
erdogan- gurcistan irakli garibasvili'yi-abd turkevi.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası öncəsi Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir sıra görüşlər keçirir.

Ərdoğanın Nyu-Yorkdakı "Türk Evi"ndə qəbulu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə başlayıb.

Görüş zamanı Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınması gözlənilir.

İki ölkə arasındakı ticarət həcminin 3 milyard dollardan 5 milyard dollara qədər yenidən nəzərdən keçirilə biləcəyini ifadə edən dövlət başçısı Ərdoğan FETÖ-nün Gürcüstandakı məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının vacib olduğunu ifadə edib və Gürcüstan administrasiyasının bununla bağlı atdığı addımlardan məmnunluğunu ifadə edib.

Prezident Ərdoğan "Türk Evi"ndə ABŞ-da yaşayan Ahıska türkləri ilə də görüşüb.

Ərdoğan 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi zamanı 4 min Ahıska türkünü Türkiyeyə gətirdiklərini vurğulayıb.

"Ahıska türklərinin illərdir həsrətində olduqları Türkiye vətəndaşlığını əldə etmək üçün lazımi addımları atırıq və bu prosesi sürətləndiririk", -deyə dövlət başçısı qeyd edib.

Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla da görüşüb.

Ərdoğan Maska Türkiyenin texnologiya nailiyyətləri haqqında danışıb.

"Tesla"nın Türkiye bazarına yerli avtomobil TOGG-un Türkiyedə yollara çıxması ilə daxil olduğunu xatırladan prezident Maska "Tesla"nın Türkiyadə yeddinci fabrikini qurmağa çağırıb.

Prezident Ərdoğan daha sonra Türk-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi proqramda çıxış edib.

Prezidentin gündəmində Türkiye-ABŞ münasibətləri və Rusiya-Ukrayna müharibəsi olub.

Türkiye-ABŞ əlaqələrinin günü-gündən inkişaf etdiyini deyən Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib:

“Rusiya-Ukrayna müharibəsində bizim mövqeyimiz bütün dünya tərəfindən yüksək qiymətləndirilib. Biz əsir mübadiləsindən tutmuş Qara dəniz taxıl təşəbbüsünə qədər bir çox diplomatik uğurlar əldə etmişik".

Bəzi Avropa ölkələrində Qurani-Kərimə edilən hücumlara bir daha sərt reaksiya verən prezident Ərdoğan “2 milyard müsəlmanın müqəddəs məkanlarına hücumun fikir azadlığı adı altında qanuniləşdirilməsini heç vaxt qəbul etmirik” deyib.



Әlaqәli Xәbәrlәr