ABŞ-da XV Türkiyə Günü və Cümhuriyyət 100 festivalı

Tədbir Xaricdəki Türklər və Əqrəba İcmalar Departamenti (YTB), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə-Amerika Milli Rəhbər Komitəsi tərəfindən Klifton Memorial Parkında təşkil olunub

2038463
ABŞ-da XV Türkiyə Günü və Cümhuriyyət 100 festivalı
abd turk gunu.jpg
abd turk gunu etkinligi.jpg

 

  Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında XV Türkiyə Günü və Cümhuriyyətin 100-cü ildönümü festivalı keçirilib.

  Tədbir Xaricdəki Türklər və Əqrəba İcmalar Departamenti (YTB), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə-Amerika Milli Rəhbər Komitəsi tərəfindən Klifton Memorial Parkında təşkil olunub.

  Bu il XV Türkiyə Günü tədbiri çərçivəsində Cümhuriyyətin 100-cü ildönümü festivalı da keçirilib.

  Tədbirdə stendlər açılıb, iştirakçılara Türkiyə milli yeməkləri təqdim olunub, musiqiləri səsləndirilib.

  Festivalda Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan, YTB-nin sədri Abdullah Eren və Nyu-Yorkda Türkiyənin baş konsulu Reyhan Özgür iştirak ediblər.



Әlaqәli Xәbәrlәr