Türkiye Liviyaya humanitar yardım göndərməyə davam edir

Türkiye Fövqəladə Hallar İdarəsinin (AFAD) sədri Okay Memiş Hərbi  Dəniz Qüvvələri Komandanlığına aid iki hərbi gəmi ilə daşqınların baş verdiyi Liviyaya 550 personal və təxminən 4 min ton yardım materialının göndərildiyini bildirib.

2037787

Okay Memiş üçüncü gəminin də yola düşəcəyini ifadə etdi.
Türkiye Səhiyyə Nazirliyinin Milli Tibbi Xilasetmə Dəstəsi (UMKE)  Derna şəhərindəki fəaliyyətlərini davam etdirir.
Səhiyyə Nazirliyi təbii fəlakətin baş verdiyi bölgəyə UMKE, UMKE ATAK personalı, səhra xəstəxanası, tibbi ləvazimat, cihaz və dərman preparatları göndərib.
Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən  "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviya Milli Birlik Hökuməti daşqınlar nəticəsində 6 min adamın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Әlaqәli Xәbәrlәr