Türkiyə AP-nin “2022-ci il Türkiyə hesabatı”na reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada AP-nin tövsiyə qərarı olan “2022-ci il Türkiyə hesabatı”nın sentyabrın 13-də AP Baş Assambleyasında qəbul edildiyi bildirilib

2037153
Türkiyə AP-nin “2022-ci il Türkiyə hesabatı”na reaksiya verdi

 

  Türkiyə Avropa Parlamentinin (AP) “2022-ci il Türkiyə hesabatı”nın ədalətsiz ittihamlar və qərəzlərlə dolu olduğunu bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada AP-nin tövsiyə qərarı olan “2022-ci il Türkiyə hesabatı”nın sentyabrın 13-də AP Baş Assambleyasında qəbul edildiyi bildirilib.

  Məlumatda yazılır: “Hesabat həm Avropa Parlamenti üzvlərinin gündəlik populist siyasətin köləsi olduqlarını, həm Aİ, həm də bölgəyə doğru strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.

  Anti-Türkiyə dairələrinin dezinformasiyalarına əsaslanan ədalətsiz ittihamlar və qərəzlərlə dolu bu hesabat AP-nin həm ölkəmizlə münasibətlərə, həm də Aİ-nin gələcəyinə adi dayaz və uzaqgörən yanaşmasının əksidir.

  Türkiyə-Aİ əlaqələrinin yenidən canlandırılmasaı üçün fürsət pəncərəsinin açıldığı, qitəmizin sabitliyi və təhlükəsizliyi baxımından kritik bir dövrdə AP-nin əlaqələrimizin əsasını təşkil edən üzvlük danışıqları əvəzinə fərqli məqsədlər gündəmə gətirməsini ağılsızlıq hesab edirik.

  AP-nin hesabata daxil etdiyi Egey, Şərqi Aralıq dənizi və Kipr məsələlərində müəyyən dairələrin birtərəfli baxışlarını əks etdirən iddiaların heç bir əlaqəsi yoxdur, tarixi və hüquqi reallıqlardan qopuqdur.

  Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması dialoqunun sürətlə tamamlanması Türkiyənin Aİ ilə ortaq hədəfidir. Bu mövzularda atılacaq qarşılıqlı addımlar Türkiyə-Avropa İttifaqı əlaqələri və münasibətlərini daha da inkişaf etdirəcək. Türkiyənin birliyə üzvlüyü prosesi yeni və dinamik bir səviyyəyə keçir.

  Türkiyə təhlükəsizlik, enerji, iqlim dəyişikliyi, miqrasiya və iqtisadi çətinliklər başda olmaqla bütün mövcud problemlər qarşısında Aİ-ni qlobal gücə çevirmək potensialına malikdir.

  2024-cü ildə keçiriləcək AP seçkilərindən sonra formalaşacaq yeni parlamentin qərəzsiz, rasional və konstruktiv perspektivlə hərəkət edəcəyinə ümid edirik”.



Әlaqәli Xәbәrlәr