Türkiye daşqınlarla mübarizə aparan Liviyaya yardım əlini uzatdı

Türkiye Milli Müdafiə Nazirliyi (MSB) Liviyaya axtarış-xilasetmə qrupları və  yardım materialları daşıyan üç nəqliyyat təyyarəsindən birincisinin bölgəyə çatdığını bildirib.

2036349
Türkiye daşqınlarla mübarizə aparan Liviyaya yardım əlini uzatdı

Türkiye daşqınlarla mübarizə aparan Liviyaya yardım əlini uzatdı.

Türkiye Milli Müdafiə Nazirliyi (MSB) Liviyaya axtarış-xilasetmə qrupları və  yardım materialları daşıyan üç nəqliyyat təyyarəsindən birincisinin bölgəyə çatdığını bildirib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Beynəlxalq yardım çağırışı edən dost və qardaş ölkə Liviyaya ilk yardım əlini uzadan Türkiye oldu. Türkiye Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Türkiye Fövqəladə Hallar İdarəsinin axtarış-xilasetmə qrupları ilə yardım materiallarınını  Liviyaya çatdırdıq''.
Türkiye Fövqəladə Hallar İdarəsinin sədri Oqtay Memiş üç nəqliyyat təyyarəsinin Liviyaya axtarış-xilasetmə qrupları ilə yardım materiallarını çatdıracağını deyib. O, uçuşların 4 saatdan bir həyata keçiriləcəyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Liviyada baş verən daşqınlarla bağlı rəsmi internet səhifəsində paylaşım edib.
Türkiye Prezidenti paylaşımında bu ifadələrə yer verib:"Türkiye Liviya xalqının yanındadır. Liviya xalqına ''keçmiş olsun'' arzularımı çatdırıram. Türkiye Fövqəladə Hallar İdarəsinin koordinasiyası ilə Benqaziyə 3 uçuş həyata keçiriləcək. Birinci mərhələdə təyyarəmizdə 168 personal, 2 axtarış-xilasetmə maşını,  2 xilasetmə qayığı, 170 çadır, 600 ədyal, 400 ərzaq və gigiyena vasitələrindən ibarət bağlama, 20 generator, 500 çəkmə və 500 fənər olacaq''.


Etiketlәr: #yardım , #Liviya , #Türkiye

Әlaqәli Xәbәrlәr