Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki ...

2035794
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə

 

  Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

  K.Vəliyev paytaxt Ankarada Heydər Əliyev Parkını ziyarət edib. Azərbaycan nümayəndə heyəti burada Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsinə dərin ehtiram bildirib.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sonra Baş Qərargah rəisi Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

  Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq, ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

  Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlığa da müsbət təsir etdiyini vurğulayıb.

  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 



Әlaqәli Xәbәrlәr