Türkiyə Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımır

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ...

2035167
Türkiyə Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımır

 

  “Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır”, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

  Bəyanatda deyilir: “Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını göstərən bu qanunsuz seçkini tanımır. BMT və beynəlxalq ictimaiyyəti də bu seçkiləri tanımamağa çağırırıq.

  Qondarma seçkilər beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulması deməkdir.

  Türkiyə XİN Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda Qarabağda keçirilən bu qondarma prezident seçkilərini qınayır və bunu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirir.

  Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inanır”.



Әlaqәli Xәbәrlәr