Türkiye vә İsrailin energetika nazirlәri arasında telefon danışığı olub

Türkiyenin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İsrailin enerji naziri İsrael Katz ilə telefon әlaqәsi saxlayıb.

2032496
Türkiye vә İsrailin energetika nazirlәri arasında telefon danışığı olub

Türkiyenin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İsrailin enerji naziri İsrael Katz ilə telefon әlaqәsi saxlayıb.

Bu barədə Türkiyənin enerji və tәbi sәrvәtlәr naziri rәsmi internet sәhifәsindә etdiyi paylaşımda bildirib.

Telefon danışığı zamanı təbii qaz məsələsi başda olmaqla enerji sahəsində ikitərəfli və regional əməkdaşlıq imkanlarını qiymətləndirdiklərini ifadə edən Alparslan Bayraktar deyib: “Cənab Katzın dəvəti cərçivəsində İsrailə ən qısa zamanda səfər etməyi planlaşdırırıq”.

İsrailin energetika naziri İsrael Katz isә rәsmi internet sәhifәsindә etdiyi paylaşımda Türkiyenin energetika naziri Alparslan Bayraktarla məhsuldar görüş keçirdiklәrini ifadә edib.

İsrael Katz deyib: “Biz enerji sahəsində əməkdaşlığımızın yenilənməsi imkanlarını müzakirə etdik. Baş nazir Netanyahu prezident Ərdoğanla görüşmək üçün (Türkiyeyə) səfər etməyi planlaşdırdığı üçün regional əməkdaşlıq baxımından perspektivli bir dövrdən keçirik”.



Әlaqәli Xәbәrlәr