Prezident Ərdoğan: "Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq böhranında mühüm rol oynadı"

Ərdoğan Rusiyaya bir günlük işgüzar səfəri çərçivəsində Soçidə Rusiya prezident Vladimir Putinlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

2032936
Prezident Ərdoğan: "Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq böhranında mühüm rol oynadı"

Prezident Rəcəb Tayyib Ərdoğan: “Qara Dəniz Taxıl Təşəbbüsündə çatışmazlıqlar aradan qaldırılmalı və təşəbbüs davam etdirilməlidir”
Bunu Ərdoğan Rusiyaya bir günlük işgüzar səfəri çərçivəsində Soçidə Rusiya prezident Vladimir Putinlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Prezident Ərdoğan öz növbəsində deyib:

"Gündəmə gətirilən alternativ təkliflər Qara Dəniz Taxıl Təşəbbüsü kimi davamlı, təhlükəsiz və qalıcı bir model təklif edə bilməzdi. (Qara Dəniz Taxıl Təşəbbüsü) İnanırıq ki, çatışmazlıqlar aradan qaldırılaraq təşəbbüs davam etdirilməlidir.

Biz regionumuzda davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün səylərimizi davam etdirmək əzmindəyik".

Ərdoğanın sözlərinə görə, Türkiye Rusiyadan gələcək taxıldan un istehsal edərək Afrika ölkələrinə göndərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: "Qara Dəniz Təşəbbüsü qlobal ərzaq böhranı ilə mübarizədə mühüm rol oynadı. Xüsusilə Afrikada taxıla ən çox ehtiyacı olanlar üçün nəfəs borusu oldu" deyib.

Prezident Ərdoğan çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq deyib ki, əvvəllər tərəflər arasında birbaşa danışıqlara ev sahibliyi etmişik. Həmişə olduğu kimi bu məsələdə də üzərimizə düşəni etməyə hazırıq. (Taxıl daşımaları) Biz BMT ilə mühüm irəliləyişləri özündə əks etdirən yeni təkliflər paketi hazırlamışıq. Hesab edirəm ki, bu yeni proses vasitəsilə nəticə əldə etmək mümkündür. Ukrayna Rusiya ilə birgə addımların atıla bilməsi nöqtəsində yanaşmalarını əlbəttə ki yumşaltmalıdır.

Rusiya prezidenti Putin iclasdakı çıxışında deyib:

"Biz taxıl dəhlizini dirçəltmək istəyirik, bunu edəcəyik. Bunu bir şərtlə edəcəyik. Biz də istəyirik ki, kənd təsərrüfatı məhsullarımız maneəsiz dənizə çıxsın. Qərb tərəfdaşlarımız bizi aldatdılar. Bir neçə günə vədlər yerinə yetirilsin, biz bu taxıl dəhlizinin davam etməsi üçün öz səylərimizi göstərəcəyik. Biz qarşılıqlı ticarətdə milli valyutadan istifadəyə sadiqliyimizi bir daha təsdiqlədik. Dollar və avrodan daha az istifadə etmək mövzsunda həmfikirik".

Rusiya prezidenti Putin Türkiyedə təbii qaz mərkəzi layihəsi ilə bağlı "Qazprom BOTAŞ-a öz yol xəritəsini təqdim edib, növbədə birgə işçi qrupunun yaradılması var. Rusiya hər zaman Türkiyenin təbii qazda ən böyük və məsuliyyətli tərəfdaşı olacaq. Təbii qazı da üçüncü ölkələrə daşıyacağımızı deyə bilərik" deyib.



Әlaqәli Xәbәrlәr