Hakan Fidan: ‘‘Kәrkükdәki olaylara görә narahatıq’’

Türkiyenin xarici işlər naziri Hakan Fidan Kərkükdə yaşanan olaylara münasibət bildirib.

2032469
Hakan Fidan: ‘‘Kәrkükdәki olaylara görә narahatıq’’

Türkiyenin xarici işlər naziri Hakan Fidan Kərkükdə yaşanan olaylara münasibət bildirib.

Hakan Fidan deyib: “Türkmənlərin kompakt yaşadığı Kərkükdə yaşanan olaylara görə narahatıq. Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir. Biz Kərkükü birgәyaşayış mədəniyyətinin simvolu kimi görürük”.

Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə keçirilən görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

Kərkükün etnik və məzhəb tərkibinə görə İraqın kiçik modelini təşkil etdiyini bildirən Hakan Fidan deyib: “Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü birgəyaşayış mədəniyyətinin simvolu kimi görürük''.

İraqın baş naziri Məhəmməd Şia es-Sudaninin liderliyi ilə qurulan hökumətin ölkəyə sabitlik gətirdiyini qeyd edən Hakan Fidan deyib: "Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dövrdə İraqın əsas və qurucu ünsürlərindən biri olan türkmən soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümü ilə nəticələnən gərginliyin yaranmasına böyük narahatlıqla baxırıq”.

Bu cür gərginliyin qarşısının alınmasının vacibliyi ilə bağlı fikirlərin daha əvvəl də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyenin xarici işlər naziri Hakan Fidan deyib: ''İraq səlahiyyətlilərindən PKK-nın şəhərdə son vaxtlar artan mövcudluğuna son qoymasını tələb edirik. Kərkük son vaxtlar böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir.  Şəhərdəki kövrək sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır. Bu çərçivədə biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını ilə bağlı formulu dəstəkləyirik. Türkmən soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir’’.



Әlaqәli Xәbәrlәr